(*.jar) formatında hamının səbirsizlik ilə gözlədiyi oyun axır ki, işıq üzü gördü. Sentyabr - hər ilin əsas futbol ayıdır. Məhz bu payız saatlarında mobil telefonlar üçün çox gözəl futbol oyunları çıxır. FIFA 12 özündə çoxlu sayda lisenziyalı oyunçu, futbol klubları və komandalar, həmçinin Yer kürəsinin müxtəlif nöqtələrinə səpələnmiş çoxlu nəhəng stadionları birləşdirir. FIFA 12-də elə ilk matçdan sizə yeni futbol mövsümünün professional futbol abu-havasına qatılmasına kömək olacaq. Sizi əsrarəngiz futbol gözləyir, hər virtual matç sizin həyatınızda bir hadisə olacaq və siz digər görüşdə sizi nə gözləyəcəyini əvvəlcədən söyləyə bilməzsiniz. Komandanızı seçərək, onu Liqanızın qalibi edin və bu zaman sizin komandanızın iştirak etdiyi oyunlarda dolu tribunalar olacaq, azarkeşlər isə öz kumirlərinin adlarını və sizin klubunuzun himnini səsləndirəcəklər!
[!] Əsas keçiddən oyunun ekran ölçüsü 240x320 olan Symbian OS 9.1-9.3 sistemi üçün nəzərdə tutulmuş versiyasını yükləyə bilərsiniz. Digər ekran ölçüləri üçün nəzərdə tutulmuş versiyaları xəbərin ardında yükləyə bilərsiniz.
(*.jar) formatında Zuma oyununu. Oyunda siz ağzından rəngli kürəciklər buraxan qurbağanı idarə edəcəksiniz. Qurbağa oyunun mərkəzində yerləşir və sizin amalınız gələn kürəcikləri digər sonluğa çatmamış məhv etməkdir. Oyunda zaman-zaman kürəciklərdə əmələ gələn 3 cür bonus mövcuddur.
"Driver" yeni versiyada, əla qrafika və səs effektləri ilə yenə sizin telefon modelləri üçün. Bu dəfə sürücü San Fransisko küçələrində. Oyunda siz Con Tanner rolunda olacaqsınız.
Xüsusiyyətlər: » San Fransiskoda 5 metropol; » 10 rejim vəzifəsi; » 30 yarış; » Əla qrafika;
Real Football 2012 - futbolun əsil həyacanı daha da təkmilləşdirilmiş qrafika, animasiya və intuitiv idarə etmə ilə bu oyunda olacaq. 240-dan çox komanda və bütün dünyadan yüzlərlə oyunçu 9 çempionatda yarışacaq. Bundan əlavə Avropa komandalarını seçmək, məşq etmık və müxtəlif oyun rejimləri sizi Real Football 2012-də gözləyir.
(*.jar) və (*.apk) formatında "Heavy Melody Music" tərəfindən istehsal olunan əla qrafika və səs effektlərinə malik əla oyun. Bu oyunda siz oğlan və qızları geyindirib səhnəyə çıxarmalısınız. Səhnəyə hazırladığınız modellərə görə sizə xallar veriləcək. Ən maksimum xalı yığmağa çalışmalısınız. Bir sözlə JoJo moda evi sizi gözləyir.
LEGO və Gameloft partnyorları tərəfindən hazırlanmış yeni Batman oyunu. Batmanin futuristik macəraları sizi gözləyir, harda ki o LEGO dünyasında müxtəlif düşmənləri ilə rastlaşacaq. Siz öz gücünüzdən istifadə etməklə düşmənlərinizi tutaraq - ata biləcək və hətta Batmobile-dan istifadə edə biləcəksiniz. Girovları xilas etmək üçün Gotham City şəhərinə yola düşmək üçün hazır olun.
Nəhayət ki, (*.jar) formatında çoxdan gözlənilən Asphalt 6 oyunu. Asphalt oyununun yeni hissəsində heç zaman keçirmədiyiniz həyacanı hiss edəcəksiz. Öz arzunuzda olan kolleksiyanı yaratmağa başlayın. Oyunda 22 növ avtomobil (Ferrari, Lamborghini, Aston Martin, Ducati və s.) sizləri gözləyir. Öz sürücülük bacarığınızı ən güclü rəqiblərə qarşı istifadə edərək - 11 şəhər və 55 müxtəlif yarışlarda qalıb olmalısız.
Əfsanəvi Treasures of Montezuma oyunun davamını qarşılayın. O dünyanın ən yaxşı başsındırıcı oyunlarından biri sayılır. Sehrli daşların sirrini aşkar edin və bütün qiymətli kristalları topluyun. Oyunda əla qrafika, xoş səs nümayişi və 100-dən çox başsındırıcı mərhələ sizi gözləyir.
Xüsusiyyətlər: - 100 müxtəlif mərhələ - 3 müxtəlif səviyyə - Sehrli bonuslar və totemlər və s.
Mr.Goodliving ilə Real Arcade şirkəti, öz perestişkarlarını çox gözəl oyunun ikinci hissəsi ilə sevindirməyə davam edir. Sizin balaca meymunlarınız lazım olan yerə çatması üçün, bambukdan yüksək layihəni tikməli olacaqsız. Hər şey olduqca asan görsənir, amma layihələri tikmək düşündüyünüz kimi deyil. Hər mərhələdə sizə müəyyən qədər taxta veriləcək, onları siz düzgün yiğmalısız. Əgər nəsə səhv etsəz, tikinti üçün taxta çatmayacaq, bunun üçün hər şeyi düşünüb və diqqətlə qurmalıyıq. Hər mərhələni keçdikcə, siz yeni xəzinə və bonuslar alacaqsız, hansı ki sonrakı irəliləyişə öz töhfəsini verəcək
Mob Runner - əfsanə geri qayıdır! Dendy-dən bizə tanış olan oyun süjeti müasir qrafika və yeni oyun imkanları ilə daha da genişləndirilib. Düşmənlər arasindan özünə yol aç, silahları və bonusları yığ və gizlədilmiş xəzinələri tap.Oyun (*.jar) formatındadır.
Xüsusiyyətlər: » Möhtəşəm qrafika və səs effektləri » Bir-birindən çətin 30 mərhələ » 25 çox silah növü » Oyunda əldə etdiyin nəticələri onlayn-server rekordları arasına göndərmək imkanı
(*.jar) formatında əla qrafikalı yeni dama oyunu. Oyunu dostlarınızla blutuz vasitəilə oynaya bilərsiniz. Oyunun arxa planı çox gözəl hazırlanıb və siz sadə dama oyunundan yorulsanız bunun üçün daha 2 rejim mövcuddur.
Xüsusiyyətlər: » Sensorlu ekranların dəstəklənməsi » Blutuzla oynamaq imkanı » 3 çətinlik səviyyəsi (asan, orta, güclü) » Oyunda 3 rejim var (Dama, hədiyyə və Corners) » Müxtəlif arxa planlar və temalar » Oyunu yaddaşda saxlamaq mümkündür.
(*.jar) formatında virtual atraksiyon oyununun yeni 3D grafikalı versiyası. Sürət və macəra arzulayanlar, arzunuzu bu oyunda reallaşdıra bilərsiniz. Sizin işiniz elə də asan olmayacaq. İçərisi insanla dolu olan bir atraksiyonu idarə etməlisiniz. Oyun dahada təkmilləşdirilib və yeni səviyyələr əlavə olunub
(*.jar) formatında Alien Massacre oyunun 2-ci hissəsi. İlk koloniyalaşdırılmış planetlərdən birində çox qəribə bir şey baş verdi, birdən-birə planetlə əlaqə tamamilə kəsildi və heç kim bunun niyə baş verdiyini bilmədi. Siz qalaktikalararası döyüşçü olaraq hadisə yerinə göndəriləcəksiniz və əcaib varlıqlarla qarşılaşacaqsınız. Mərhələləri keçdikcə sizə daha güclü silahlar veriləcək.