iPhone üçün (*.ipa) formatında maraqlı bir proqram. Bu proqramla siz öz iphone-nunuzu bir fitin köməyi ilə tapa bilərsiz. Sizin iPhone fitin səsini 10 metrdən uzaq məsafədə tapa bilər. Əlavə (program) seçilmiş musiqini telefon üçün ayırır, bununlada siz öz telefonunuzu asanlıqla tapa bilərsiniz. 30 müxtəlif səsdən öz ringtonunuzu seçə bilərsiz: musiqi, heyvan sesleri, və digər səslər. Siz hemçinin öz səsinizidə yaza bilersiniz, və beləliklə onu rington kimi istifadə edə bilərsiniz. Sizin iPhone evdə, ofisdə və ya dostların evində tapmaq artıq çətin olmayacaq. Hemçinin dostlarinizla zarafat da edə bilərsiniz.
iPhone üçün çox gülməli bir proqram. Siz nə isə deyirsiniz, proqramda seçdiyiniz personaj isə sizin dediyinizi təkrarlayır. Bütün ayfon istifadəçilərinə yükləməyi məsləhət görürük. Kefinizi saz saxlamaq üçün çox yaxşı vasitədir
Ardında proqram haqqında online video görüntüyə baxa bilərsiniz -->>
iPhone telefonları üçün (*.ipa) formatında yeni və lazımlı proqram.
Weather Gate proqramı ilə siz eyni zamanda dünyanın səkkiz şəhərinin hava haqqında məlumatlarını ala bilərsiniz. Böyük temperatur nümayişi, havanın cari hərarəti, rütubəti, küləyin sürətini, küləyin istiqamətini, ayın fazasını və s. kimi məlumatları ala bilərsiniz. Proqramda 4 günlük proqnoz, quraşdırılmış hava diaqramlarına və hava videolarına baxa bilərsiniz.
Dəstəkləyən modellər: iPhone OS 3.0 və yuxarı versiyalar.
iPhone telefonları üçün (*.ipa) formatında yeni və maraqlı bir proqram.
Siz tək səyahət edəndə, gözəl yerlərdə olanda şəkil çəkmək istəyirsiz, amma sizi çəkməyə yanınızda tanışınız yoxdur? Onda bu proqram əsl sizin üçündür. Bu yolda sizin tanışınız elə sizin iPhone-nunuz olacaq. Sizin edəcəyiniz budur ki, sizin üzünüzün ekranın hansı tərəfində olmasını seçmək və telefonun kamerasın özünüzə tərəf çevirməkdir. Proqram özü avtomatik olaraq sizin üzünüzü tapacaq və sizin üzünüz qabaqcadan ekranda müəyyən etdiyiniz yerə düşərsə proqram səslə sizə işarə edəcək. Hər şey skrinşot'dakı kimi olacaq.
iPhone OS 3.0 və yuxarı platformaları üçün yeni proqram.
Siz telefonda mətn yazarkən getdiyiniz yola çox diqqət etmirsiniz? Type N Walk proqramının köməyi ilə bu problemi aradan qaldırmaq mümkündür. Siz kameradan istifadə edərək yolu görə və telefonda yazı yaza bilərsiz. Görüntüdə gördüyünüz kimi.
(*.ipa) formatında olan bu proqram vasitəsilə ilə iPhone'nu skaner kimi işlədə bilərsiniz. iPhone'da istənilən sənədi scan edin və bir neçə saniyəyə onu PDF-fayl kimi yadda saxlayın və ya elektron poçt ilə göndərin. Heç bir kəsim və ya fırlatma etmək lazım olmayacaq, DocScanner bunu avtomatik edir! Siz ancaq istənilən sənədin şəkilini götürüb və sizə lazım olan variantları təyin etməlisiniz. Sənədə nəzərən fon daha tünd olduqda, DocScanner sənədin kənarlarını tapacaq. Şəkil edildikdən sonra proqram şəkili kəsib, fırladıb və düzəldəcək. DocScanner həm də avtomatik olaraq sənədin ışıqlığını və kontrast'ını yaxşılaşdıracaq.
MetalClock iPhone üçün (*.ipa) formatında çox gözəl və keyfiyyətli hazırlanmış saat proqramıdır. Siz proqramda fonu seçə bilərsiniz: Karbon (Qara karbon qırmızı işıqlandırma ilə), Titan (Gümüş Titan göy işıqlandırma ilə) və Qızıl (Ağ və çəhrayı qızıl sarı işıqlandırma ilə). Həmçinin siz Ripple və Twitter arasında siqnal səsini seçə və oyadıcı qoya bilərsiniz.
iPhone üçün olan bu proqram sayəsində siz Real Madrid kulubunun canlı oyunlarının nəticələri, kulubun üzvləri, liqadakı yeri və s. haqqında ətraflı öyrənə bilərsiniz
Artıq çoxlarınız iPhone üçün hazırlanan bir-birindən maraqlı proqramlarla tanışsınız. Bu proqramda onlardan biridir. Proqram sayəsində siz getdiyiniz yol boyunca atdığınız addımları saya biləcəksiniz. Sadəcə olaraq proqramı aktiv rejimə keçirdirsiniz və öz yolunuza davam edirsiniz. Müəyyən məsafəni getdikdən sonra proqramda neçə atdım atdığını görə biləcəksiniz.