Təxminən 1 ay bundan qabaq “Nokia” şirkəti yeni bir musiqi müsabiqəsinə start vermişdi. Bu müsabiqəyə əsasən istifadəçilər məşhur “Nokia Tune” melediyasının yeni versiyasını hazırlayıb şirkətə göndərməli idilər. İtaliyalı gənc DJ Valerio Alessandro Sizzi bu yarışın qalibi olub. Onun göndərdiyi musiqi 166674 səs toplayaraq lider olub. Artıq bu mahnı rəsmi olaraq yeni çıxacaq bütün “Nokia” modellərində olacaq. Bu maraqlı musiqi rəsmi olaraq "Nokia Tune Dubstep Edition" adlanır.
Valerio Alessandro Sizzi isə qalib gəlmək sevincini belə bölüşüb: “Heç vaxt ağlıma gəlməzdi ki, mənim göndərdiyim musiq “Nokia” tərəfindən ən çox səs qazanaraq qalib elan olunacaq. Bu çox xoş sürprizdi. Sözün düzü ilk dəfə bu yarış barədə məlumatı müəllimlərimdən birinə məxsus olan bloqda görmüşdüm. Bundan sonra “Nəyə görə də mən qalib olmayım? Gərək bəxtimi yoxlayım” kimi ifadələr beynimdən keçdi.”
Xatırladaq ki, “Nokia” şirkəti bu musiqinin müəllifinə yəni italiyalı, peşəsi DJ olan Valerio Alessandro Sizziyə 10000 (on min) dollar pül mükafatı verib. Bu məşhur mahnını əsas keçiddən yükləyə bilərsiniz. Bu musiqi müsabiqəsinin rəsmi videosuna isə xəbərin ardında baxa bilərsiniz. Musiqiyə qulaq asıb öz fikirlərinizi də bildirməyi unutmayın!