Kanadalı ağıllı mobil telefon istehsalçısı olan RİM, son illərdə olduqca pis günlər yaşamışdı. Məhkəmə işləri, satışların azalması, bəzi idarəçilərin istefası və Kanadada ən çox satılan telefon sıralamasında Apple-ın üstünlüyü RİM şirkətinin ən pis dövrləri idi və bunu düşünən istehsalçılar " Blackberry 10" modeli üzərindəki çalışmanı daha da tezləşdirdi.
ABŞ dövlətinin Ədliyyə nazirliyi rəsmi olaraq “Apple” şirkətinə ittiham ünvanlayıb. Bunun səbəbi hökümətin anti-monopoliya siyasətidir. “Apple” şirkəti 5 böyük kitab nəşriyyat evi ilə müqavilələr imzalayaraq ABŞ bazarında elektron kitabların qiymətini istədiyi kimi qaldırıb və idarə etdiyi üçün cavab verməli olacaq.
"Apple" şirkəti martın 7-də yeni nəsil iPad planşetlərini təqdim etdi. Yeni planşet iPad 3 deyil sadəcə "yeni iPad" adlandırıldı. Yeni iPad-ın ən fərqli cəhəti onun ekranının ölçüsüdür (2048x1536). iPad-ın 9,7 düymluq Retina displeyində 3,1 milyon piksel vardır. Bu göstərici iPad 2-nin göstəricisindən 4 dəfə çoxdur. iPad yeni 2-nüvəli A5X prosessoru-ilə təchiz olunub, lakin Apple-nin yaratdığı 2-ci dərəcəli sistem iPad-ın imkanlarını artırır. iPad-ın yeni lityum-polimer batareyasının həcmi 25 WH-dan 42,5 WH-dək artırılıb. Bu səbəbdən onun qalınlığı 9,4 mm-yə, ağırlığı isə 652 qrama çatdı. iPad-ın 5 meqapiksellik iSight kamerası ona istənilən işıqlandırmada şəkil çəkmək imkanı verir. Şəkil çəkilən zaman kamera 10 insan üzü tanıya bilir. Planşetin LTE-modulu da var. Bu modul iPad-a 4G şəbəkəsindən istifadə etməyə imkan verir, və bu internetin sürətini 73 mb/s-yə artırır. Lakin planşetdə 3G və mikroSİM hələdə qalır. Qiymət eyni olaraq qalır: $499-16 GB versiya üçün; $599-32 GB versiya üçün; $699-64 GB versiyası üçün. 4G versiyalar: $629, $729 və $829 dəyərində olacaq.
Daha çox megapiksel daha çox keyfiyyət deyə düşünürsünüzsə yanılırsınız.
MWC 2012 sərgisində tanıdılan 41MP kameralı Nokia 808, hələ də texnologiya dünyasının ən çox danışılan başlıqları arasındadır. Çox şişirtmə ölçülərə sahib olmayan 1/1.2 inç sensoruyla 41 MP keyfiyyətli fotoşəkil çəkməyi vəd edən Nokia 808, olduqca yüksək keyfiyyətli fotoşəkil nümunələriylə maraq oyandırmışdı.
ABŞ şirkəti olan “Apple” yeni uğurunu orijinal şəkildə qeyd edəcək. Bu uğur şirkətə məxsus olan “App Store” şəbəkəsi ilə bağlıdır. Şirkətin saytında sayğac nümayiş olunub. Bu sayğacda proqram yükləmələrinin sayı göstərilir. 25 milyardıncı yükləmə edən istifadəçi qiyməti 10 min dollar olan iTunes sertifikatı qazanacaq. Buna oxşar tədbirlər əvvəlki vaxtlarda da baş verib. 1 il bundan əvvəl “Apple” şirkəti 10 milyardıncı yükləmə edən istifadəçini mükafatlandırmışdı. Bu uğura imza atmaq üşün şirkətə iki il yarımdan çox vaxt lazım olmuşdu. Daha böyük uğur üçün isə daha 1 il vaxt lazım oldu. Bu böyük uğurda isə göstərici daha böyükdür.25 milyardıncı yükləmə şirkət üçün əla göstəricidir. “App Store” şəbəkəsi yaranandan bəri artıq 25 milyarda yaxın yükləmənin olması şirkətin yüksək templə addımladığını göstərir.
Artıq son 3 gündür ki, rəsmi olaraq “Nokia” şirkəti Nokia 500 modeli üçün nəzərdə tutulmuş yamanı ictimaiyyətə təqdim edib. Sözügedən yamanın versiya nömrəsi 111.020.059 göstəricisinə bərabərdir. Artıq NaviFirm proqramında Nokia 500 üçün sözügedən yamanın ilk versiyaları təqdim olunub. Digər versiyalar bu yaxınlarda işıq üzü görəcək. Nokia 500 modelinə sadə yolla “Nokia Suite” proqramının köməyi ilə Belle sistemini quraşdırmaq olar. Belle sistemi Nokia 500 üçün yeniliklər təqdim edir. Belə ki, bu sistemdə artıq Nokia 500 modeli HD keyfiyyətli videolar çəkmək, saniyədə 30 kadr şəkil çəkmək, rahat və sadə menyu, 4 işçi masası, yeni vidjetlər və s. yeni özəllikləri özündə cəmləşdirib. Bundan başqa yamaya “Nokia Maps” proqramının nömrəsi 3.06 olan versiyası da əlavə edilib. Burada FM-transmitter (və ya xud FM-vidjet) funksiyasını isə Nokia Music kontenti daşıyır.
«PlayStation Certified» adlı sertifikat “Sony” şirkətinə məxsusdur və adətən bu şirkətin oyun qurğularında istifadə olunur. Öz modellərində PlayStation oyunlarının dəstəklənməsini təbii ki, hər bir şirkət istəyər. Amma bu günə kimi, bu barədə heç kim konkret addımlar ataraq tədbirlər görməmişdi. Tayvanın “HTC” şirkəti isə artıq bu super addımı atmaq üzrədir. Belə ki, əgər “HTC” istəyinə nail olsa onda yeni HTC modellərində PlayStation oyunlarını oynamaq mümkün olacaq. Daha ətraflı məlumat xəbərin ardında qeyd olunub.
Son zamanlarda telefon bazarında Samsung modeli öz stili və texnologiyaların dizayn ilə bəlli etmişdi liderliyini və artıq rəsmi şəkildə lider olduğu açıqlandı.
“Sony Ericsson” şirkətinə məxsus olan Xperia sinfində çalışan telefonlar artıq Android 4.0 sistemində çalışacaq. Bu barədə məlumatı “GSMArena” operatoru məlumat verib. Məlumatda göstərilir ki, sözügedən telefon şirkəti 2012-ci ilin yanvar ayında yeni çıxan Xperia modellərini Android 4.0 sistemi ilə təchiz edəcək. Belə br məlumat da var ki, sözügedən yenilənmə “CES 2011” sərgisi zamanı reallaşa bilər. Onu da qeyd edək ki, bu məlumatdan əvvəl, “Sony Ericsson” şirkətinin İtaliya şöbəsi bildirmişdi ki, Xperia sinfində çalışan modellərin Android 4.0 sistemi ilə təchiz olunması 2012-ci ilin mart ayından başlanacaq. Ona görə də ictimaiyyət olaraq bizə yalnız gözləmək qalır. Android 4.0 sistemini Xperia Arc, Mini, Mini Pro, Pro, Avtive və Ray modelləri dəstəkləyəcək.
Əgər yadınızdadırsa oktyabr ayında saytımızda “Sony Ericsson” şirkəti parçalanır adlı xəbər yerləşdirmişdik. Həmin xəbərə əsasən onu deyə bilərdik ki, sözügedən şirkət artıq parçalanacaq. Bu gün isə konkret olaraq deyə bilərik ki, bu məlumatlar dəqiqləşib. Belə ki, direktorlar şurasında bu məsələ müzakirə olunub və “müsbət” cavab alınıb. Artıq yapon şirkəti olan “Sony” smartfon istehsalında isveç şirkəti ilə əməkdaşlıq etməyəcək. Daha ətraflı məlumatı xəbərin ardında oxuya bilərsiniz.
Məşhur “Strategy Analytics” analitik şirkəti yeni rəsmi məlumatlarında “Nokia” şirkətinin Çin bazarında, “HTC” şirkətinin isə ABŞ bazarında ən çox smartfona malik olduğunu bildirib. Ətraflı məlumatı xəbərin ardında oxuya bilərsiniz.