"F-Secure Anti-Theft" proqramı Symbian^3 və OS 9.1-9.4 sistemində çalışan smartfonlarda şəxsi və gizli məlumatları qorumaq üçün nəzərdə tutulub. Bu maraqlı proqram oğurluğa qarşı mübarizə funksiyasını yerinə yetirir. Əsas xüsusiyyətlərindən biri oğurlanmış və ya itirilmiş telefonun SMS komandalar vasitəsilə idarə olunmasıdır. SMS komandalar: » #lock# - bütün gizli məlumatları silir; » #wipe# - telefonun yerləşdiyi yeri göstərir; » #locate# - avtomatik olaraq telefona taxılmış yeni SİM kartın nömrəsini göndərir
[!] Proqram ilk olaraq internet bağlantısı tələb edəcək. Trial olduğuna görə cəmi 29 gün çalışacaq.
Dr.Web - Symbian^3 və OS 9.1-9.4 sistemində çalışan smartfonlar üçün nəzərdə tutulmuş güclü antivirus proqramıdır. Bu proqram mobil telefonunuzu zərərli obyektlərdən və internet-təhlükələrdən qorumağa xidmət edir. Proqramın imkanları sırasına eyni zamanda daxil olan zənglərin və mesajların süzgəcdən keçirilməsi də daxildir. Yenilənmə
Xüsusiyyətlər: » Ayarlara uyğun olaraq bütün fayl sisteminin və ya ayrılıqda qovluqların/faylların gözdən keçirilməsi; » Kartın yaddaşındakı fayl və qovluqların gözdən keçirilməsi; » Aşkarlanmış virusların silinməsi və ya karantinə yerləşdirilməsi; » Ayarlanmış ağ/qara siyahıya uyğun olaraq daxil olan zəng və mesajların süzgəcdən keçirilməsi; » İnternet vasitəsilə virus bazasının yenilənməsi; » Müxtəlif sazlamalar; » Rahat interfeys.
Yeniliklər: » Bəzi kiçik səhvlər aradan qaldırılıb; » Symbian Belle sistemində problemsiz olaraq iş rejimi.
X-Plore - Lonely Cat Games-ın istehsalı olan məşhur və ən yaxşı fayl meneceri proqramıdır. Özünə rəqib tanımayan bu fayl meceri - lider olaraq qalır. Xatırladaq ki, digər vacib proqramlar kimi də, bu proqramın da Azərbaycan dilinə tərcüməsi Mobilim Team-a aiddir. Proqramın bu versiyası Symbian sistemləri (Symbian OS 6-7-8/9.1-9.4/S^3) üçün nəzərdə tutulub
Xüsusiyyətlər: » Fayl atributlarını redaktə etmək (gizli, yalnız-oxunuş, sistem); » Faylları blutuz və İK-port vasitəsi ilə göndərmək; » (*.zip), (*.rar) və (*.jar) arxivlərlə işləmək; » (*.doc), (*.docx) və (*.html) formatlı fayllara baxmaq; » Hex göstərici və redaktor; » Sistem temaların dəstəklənməsi; » Audio və video pleyer; » Mənt faylların redaktə olunması və yaradılması » Qovluqların yaradılması » Telefon haqqda məlumata baxmaq; » Qısa yol düymələri və s.
Yeniliklər: » Bəzi kiçik səhvlər aradan qaldırılıb.
[!] Bu versiya hələlik trail olduğuna görə proqramı açarkən 3 saniyə gözləməli olacaqsınız.
Symbian^3 və OS 9.1-9.4 sistemində çalışan smartfonlarda müəyyən edilmiş vaxt və ya tarixdən sonra avtomatik olaraq profilləri dəyişmək üçün nəzərdə tutulmuş proqramın yeni versiyası.
[!] Proqramın bu versiyası Trial olduğuna görə cəmi 10 gün işləyəcək. Bu versiya Symbian^3, Anna və Belle sistemində problemsiz olaraq çalışır.
Symbian^3 və OS 9.1-9.4 sistemində çalışan smartfonları kilidə saldıqda ekranda bəzi məlumatları nümayiş etdirən proqramın yeni versiyası. Kilidə salqdıdan sonra Lock Screen proqramı bunları ekranda göstərəcək: batareya statusunu, cari vaxt və tarix, Bluetooth, Wi-Fi göstəriciləri və s. Həmçinin siz kilidə salınma rejimi üçün, öz istədiyiniz şəkili də seçə bilərsiniz. Bu yeni versiyada bəzi kiçik səhvlər aradan qaldırılıb.
Xüsusiyyətlər: » Tarix və saatıın nümayiş olunması; » Enerji haqqında məlumat; » Buraxılmış zəng, sms və e-məktublar haqqında məlumat; » GPS indikatorunun nümayiş olunması; » Bluetooth və WLAN indikatorlarının nümayişi və göstəriciləri və s.
Symbian^3 və OS 9.1-9.4 versiyalı smartfonlarda olan faylları,qovluqları və standart telefon bölmələrini kilidə salmaq üçün nəzərdə tutulmuş proqramın yeni versiyası. Proqrama daxil olaraq istədiyiniz bölməni şifrə ilə müdafiə edə bilərsiniz. Bundan sonra həmin bölməyə daxil olmaq üçün sizin təyin etdiyiniz şifrəni daxil etmək lazım olacaq. Səhv daxil edildikdə həmin bölmə açılmayacaq. Bundan başqa siz vaxt təyin edib telefonu kilidə sala bilərsiniz. Belə ki, sizin təyin etdiyiniz interval ərzində telefonda heç bir düyməyə toxunulmasa onda qurğu avtomatik olaraq kilidə düşəcək. Siz həmçinin bu proqramı avto-başlama rejiminə keçirə bilərsiniz. Müdafiə tipli proqram olduğuna görə LockMe tapşırıqlar siyahısında görünmür.
[!] Bu versiyada istehsalçılar bəzi kiçik səhvləri aradan qaldırıblar. Proqram Trial versiya olduğuna görə cəmi 5 gün işləyəcək.
Symbian OS 9.1-9.4 sistemində çalışan smartfonlarda zənglər jurnalını şifrə ilə müdafiə etmək üçün nəzərdə tutulmuş proqramın yeni versiyası. Siz proqrama daxil olub asanlıqla istədiyiniz şifrəni təyin edə bilərsiniz. Bundan sonra proqramı aktiv rejimə keçirdin. Aktiv iş rejimi zamanı sizin telefonda zənglər jurnalına daxil olarkən proqram şifrə tələb edəcək. Beləliklə telefonuvuz başqa insanın əlində olanda o sizin zənglər jurnalınıza daxil ola bilməyəcək.
Symbian^3 və OS 9.1-9.4 sistemində çalışan smartfonlar üçün olan bu proqramla siz öz əlaqə nömrələrinizi digərlərindən gizlədə biləcəksiniz və heç kim sizdən başqa onları görə bilməyəcək. Siz hətta telefonu tam bloka sala bilərsiniz və bu zaman ancaq daxil olan zənglərə cavab vermək mümkün olacaq. Sadəcə öz şifrənizi daxil edin və lazım olan nömrələri seçin. Və yaxud proqrama daxil olaraq "Setup" bölməsində şifrənizi daxil edin, proqramı bağlayın və əlaqə nömrələrinə daxil olduqda şifrə sorğusu gələcək və heç kim nömrələrə baxa bilməyəcək. Proqramda digər bölmələri də şifrə ilə müdafiə etmək olar.
Symbian^3 və OS 9.1-9.4 sistemində çalışan smartfonlar üçün "Nokia" şirkətinin ən çox məsləhət gördüyü, güclü və etibarlı antivirus proqramının yeni versiyası.
Xüsusiyyətlər: » Quraşdırılmış brendmauer, real zamanda viruslardan və şpion proqramlardan qorunma; » Oğurluğa qarşı funksiyalar; » SMS əmrlər vasitəsilə smartfonun məlumatlarını blok edilməsi və silinməsi; » SİM-kartın dəyişilməsi zamanı smartfonun tam bloka qoyulması; » İkisəviyyəli yenilənmə sistemi; » Fon rejimində iş və s.
[!] Bu versiya Trial olduğuna görə proqram cəmi 7 gün işləyəcək.
Symbian^3 və OS 9.4 sistemində yazı dilini dərhal dəyişmək üçün nəzərdə tutulmuş proqramın yeni versiyası. Dili dəyişək üçün nəzərdə tutulmuş 5 üsuldan Lite versiyada ancaq birindən istifadə etmək olar. Dəyişmə zamanı maksimum 3 dil seçə bilərsiniz.
Symbian OS 9.1-9.4 sistemində çalışan smartfonlar üçün telefonun enerjisini idarə edən proqramın yeni versiyası. Bu proqramın köməyi ilə siz telefonun enerjisinə qənaət edə bilərsiniz. Məsələn telefonun enerjisi 50% qədər düşdükdə "Battery Extender" açıq qalan proqramları bağlaya və GPS qebuledicini söndürə bilər.
Proqram tərəfindən idarə oluna bilənəcək telefon funksiyaları: » Açıq qalan proqramları bağlamaq; » İşıqlandırma parlaqlığının azaltmaq; » İşıqlandırma intervalının azaltmaq; » Ekran qoruyucusunun görünmə vaxtını azaltmaq; » GPS funksiyasını söndürmək; » Blutuz şəbəkəni söndürmək və s.
[!] Bu versiya Lite olduğuna görə Pro versiyada olan 7 funksiyadan yazlnız 2-sini dəstəkləyir. Pro versiyadan fərqli olaraq bu versiyanı cəmi 14 gün işlədə bilərsiniz.
Əgər siz silinmiş smslərinizi oxumaq istəyirsinizsə, onları backup etmək və ya gizli saxmaq istəyirsinizsə onda bu proqram tam sizin üçündü. Proqrama daxil olduqdan sonra o sizin bütün smslərinizə nəzarət etməyə başlayır və daxil olan yeni ismarıclar "Message Mirror" bazasına daxil olur. Əgər siz bilmədən hansısa mesajı silmisinizsə, narahat olmağa dəyməz, çünki bütün silinmiş smslər məhz "Message Mirror" bazasında saxlanılır. Symbian OS 9.1-9.4 və ^3 versiyalı smartfonlar üçün yenilənmə.
Proqram 4 formatda ixrac məlumatları dəstəkləyir: TEXT, HTML, CSV və XML.
Xüsusiyyətlər: » SMS trafikin nəzarəti və onları backup etmək; » İstənilən silinmiş smsi tapıb/oxumaq; » İsmarıcların ixracı: TEXT, HTML, CSV və XML; » İsmarıcları Bluetooh və yax ikportla PC-ya göndərmək; » Şifrə ilə gizlətmək; » Avtobaşlama opsiyası.