vBagX Symbian OS 9.1-9.3 platformalı telefonlar üçün Game Boy Advance emulyatorudu. Bu proqramın köməyi ilə siz (*.gba) formatında olan oyunları oynaya bilərsiniz. Keygen faylın içindədir.
Symbian^3 və OS 9.1-9.4 sistemində çalışan smartfonlar üçün "RaceChrono" proqramının yeni versiyası. Bu proqram telefonda quraşdırılmış GPS qəbuledici vəsitəsilə sizin səfər və məşqləriniz haqqında məlumatları qeyd edərək nümayiş etdirə bilər.
Xüsusiyyətlər: » Getdiyiniz və ya qaçdığınız dairələrin sayı; » Dairənin keçmə zamanı; » Məsafənin keçilməsi üçün ümumi zaman; » Məsafə ərzində sürətin dəyişməsi və s.
Symbian OS 9.1-9.4 və S^3 sistemində çalışan smartfonlar üçün "Killer Mobile" şirkətinin istehsalı olan yeni proqramın ilk rəsmi versiyası. Bu proqramın köməyi ilə siz telefonda hər bir əlaqə (kontakt) və nömrəyə uyğun musiqi təyin edə bilərsiniz. Bu musiqililər telefonda olan standart mahnılardan, sizin mahnılardan və yazdığınız səslərdən ibarət ola bilər.
[!] Bu versiya Trial olduğuna görə cəmi 14 gün (2 həftə) işləyəcək.
Symbian OS 9.1-9.3 versiyalı smartfonlar üçün olan bu proqram 350-dən çox şəhərin ictimai nəqliyyat vasitələrinin (avtobus, metro və s.) ən qısa hərəkət istiqamətlərini göstərməyə xidmət edir. Sadəcə hərəkət etdiyiniz istiqaməti və çatma məntəqəsini yazın və proqram özü ən qısa yolu tapacaq. Bu proqramda həmçinin Bakı şəhəri də var.
Yeniliklər: » Proqrama yeni şəhərlər əlavə olunub: Kadis (İspaniya), Torrelaveqa (İspaniya), Məşəd (İran), Epinal (Fransa), Yerusəlim (İsrail) və Sian (Çin); » Berlin, Brest, Pusan, Dubay, Koşiçe, Lion, Morle və Tulon şəhərlərinə məxsus məlumatlarda ciddi dəyişikliklər edilib; » Barselona, Bursa, Çunçin, Kolmar, Dehli, Dublin, Honkonq, Landerno, Lima, London, Madrid, Nyu-York, Paris, Praqa, Preşov, Roma, San-Paulo, Sinqapur, Sankt-Avold, Turin, Tuluza və Vaşinqton şəhərlərinə məxsus məlumatlarda cüzi dəyişikliklər edilib.
Symbian^3 və OS 9.1-9.4 sistemində çalışan smartfonlarda zənglər ilə bağlı əməliyyatlar aparmaq üçün geniş xüsusiyyətlərə malik olan proqramın yeni versiyası. Bu proqramın əsas funksiyasındna biri zənglər üçün qara və ağ siyahının olmasıdır. Bu siyahıları tərtib edərkən istəmədəyiniz nömrələrdən sizə gələn zənglərin avtomatik olaraq qarşısı alınacaq. Siz bu proqramın aktivlik dairəsni təyin edərkən profillərdən istifadə edə bilərsiniz. Bunban başqa bu proqramda imtina edilmiş zənglərə qabaqcadan sizin təyin etdiyiniz sms mesaj göndərmək funksiyası da var. Belə ki,telefona cavab verə bilmədikdə zəng edən nömrəyə "indi danışa bilmirəm, bir az sonra danışarıq" tipli mesaj göndərə bilərsiniz. Proqramı şifrə ilə müdafiə etmək də mümkündür. Standart olaraq şifrə 12345 kimi təyin olunub. Bu şifrəni istəyinizə uyğun olaraq dəyişə bilərsiniz.
Symbian OS 9.1-9.4, ^3 platformalı smartfonlar üçün Maocai Luo şirkətinin istehsalı olan Sorcerer programının yeni versiyası. Bu proqram vasitəsilə siz oyun haqqında məlumatları dəyişib səhv informasiya verə bilərsiniz. Yenilənmə
Dəstəklədiyi oyun formatları: (*.sis), (*.sisx), N-gage 2 və (*.jar).
Symbian OS 9.1-9.3 sistemində çalışan smartfonlarda yalançı zənglər təşkil etmək üçün nəzərdə tutulmuş proqramın Azərbaycan dili əlavə edilmiş versiyası. Bu proqramın istifadə qaydası çox sadədir. Proqrama daxil olan kimi sazlamaları istəyinizə uyğun olaraq dəyişə bilərsiniz
Bölmələr və onların mahiyyəti: "Düymə" bölməsində yalançı zəngi aktivləşdirmək üçün nəzərdə tutulmuş düyməni seçə bilərsiniz. Burada seçmək üçün 3 düymədən (*, # və C) istifadə edə bilərsiniz. "Zəng edənin adı" bölməsində yalançı zəng zamanı nümayiş olunan adı yaza bilərsiniz. "Aktiv rejim başlayır" bölməsində proqramın qaynar düyməni basdıqdan neçə dəqiqə sonra yalançı zəng təşkil etməsini yaza bilərsiniz. "Musiqi" bölməsində yalançı zəng gələn zaman səslənən musiqini seçə bilərsiniz.
Symbian^3 və OS 9.1-9.4 sistemində çalışan smartfonlar üçün "Kangaderoo" şirkətinin istehsalı olan saniyəölçən proqramın yeni versiyası. Bu proqramın köməyi ilə siz eyni anda 50-yə qədər vaxt göstəricisini saxlaya bilərsiniz. Bundan başqa proqramda ekran qoruyucusunu aktiv/deaktiv etmək funksiyası da mövcuddur.
Symbian^3 və OS 9.1-9.4 sistemində çalışan smartfonlar üçün xəbərdaredici proqramın Azərbaycan dili əlavə edilmiş versiyası. Bu proqramın köməyi ilə siz təyin etdiyiniz intervalda seçdiyiniz musiqidən və ya saat dinlənməsindən xəbərdaredici siqnal kimi istifadə edə bilərsiniz. Bundan başqa intervalı 1 saat olan funksiyadan da istifadə edə bilərsiniz. Hər seçim üçün ayrı musiqini səs siqnalı kimi təyin etmək olar. Funksiyaları tənzimlədikdən sonra proqram sizin seçdiyiniz vaxtlarda seçilmiş səsləri siqnal kimi səsləndirəcək. Proqramda seçilmiş intervalda robotun avtomatik olaraq vaxtı söyləmək funksiyası da var. Proqramda olan robot telefon dili ingilis olarsa tam şəkildə işləyərək saatdan başqa günün tarixini də səsləndirə bilər. Siz siqnal olaraq öz seçdiyiniz musiqilərdən də istifadə edə bilərsiniz.
Xüsusiyyətlər: » Səs siqnalı hər saatdan bir və ya sizin təyin etdiyiniz intervalda səslənməsi; » Səs siqnalını seçmək imkanl; » Saat və günün tarixindən robotun bildişiri ilə xəbərdar olmaq imkanı; » Siqnal səslərinin gücünü təyin etmək imkanı; » Titrəməni (vibrasiyanı) aktiv/deaktiv etmək imkanı.
Symbian^3 və OS 9.1-9.4 versiyalı smartfonları kilidə saldıqda ekranda bəzi məlumatları nümayiş etdirən proqramın yeni versiyası. Kilidə salqdıdan sonra Lock Screen proqramı bunları ekranda göstərəcək: batareya statusunu, cari vaxt və tarix, Bluetooth, Wi-Fi göstəriciləri və s. Həmçinin siz kilidə salınma rejimi üçün, öz istədiyiniz şəkili də seçə bilərsiniz. Bu yeni versiyada bəzi kiçik səhvlər aradan qaldırılıb.
Xüsusiyyətlər: » Tarix və saatıın nümayiş olunması; » Enerji haqqında məlumat; » Buraxılmış zəng, sms və e-məktublar haqqında məlumat; » GPS indikatorunun nümayiş olunması; » Bluetooth və WLAN indikatorlarının nümayişi və göstəriciləri;
Symbian OS 9.1-9.4 və Symbian ^3 platformalı smartfonlar üçün gələn/gedən SMS-ləri iPhone stilində əks etdirən proqramın yeni versiyası. Bu versiyada bəzi səhvlər aradan qaldırılıb.
Xüsusiyyətləri: » Adi SMS göndərmək imkanı; » DrJukka şirkəti tərəfindən istahsal olunan Fake SMS kimi yalançı SMS göndərmək imkanı; » DrJukka şirkəti tərəfindən istahsal olunan SMS Scheduler kimi təyin olunmuş vaxt intervalında SMS göndərmək imkanı; » SMS-lərin sinxronlaşdırılması; » Avtobaşlanma opsiyası; » Məsələ panelindən gizlətmək imkanı və s.
Proqramın Full versiya olmağı üçün, menyuda Options bölməsinə daxil olun login, elektron poçt ünvanınızı daxil edin, bu zaman internetə qoşularaq qeydiyyat olunacaq.
Symbian OS 9.1-9.4, Symbian ^3 platformalı smartfonlarda olan bu proqram sizin smartfonunuza Nokia saatını quraşdıracaq, hansı ki müəyyən vaxtda siqnal səslənəcək. Siqnal hər saat və hər 15 dəqiqədən bir səslənir. Siz proqramda olan standart siqnalları və yaxud öz fayllarınızda olan digər bir faylı seçə bilərsiniz.
Xüsusiyyətləri: » Səs siqnalı hər saatdan bir və əlavə olaraq hər 15 dəqiqədən bir; » Səs siqnalını seçmək; » Sintezator nitqini istifadə edərək əlavə səs siqnalını oxutmaq; » Siqnal səslərinin tənzimlənməsi : vibrasiyanı aktiv etmək